10 avqust 2025 15:06
112

Ozan Can: Nəhayət Erediviziyada oynayıram

Niderlandın "Volendam" klubunda uğurlu debüt edən Azərbaycan millinin üzvü Ozan Can Kökçü fikirlərini bölüşüb.

“İki sahil” "NH Nieuws"a istinadən xəbər verir ki, Erediviziyanın açılış turunda "Heerenven"lə qarşılaşmada (1:1) komandasının bərabərlik qolunu vuran 26 yaşlı vinger deyib:

"Əlbəttə, qoluma görə çox şadam. Xoş hisslərim var. Bu qədər macəralardan sonra nəhayət Erediviziyada oynayıram. Bir xal qazanmağımız xüsusilə xoşdur. Baxmayaraq ki, bir az şanslı olsaydıq, qalib gələ bilərdik. Amma oyuna bütövlükdə nəzər salsaq, etiraf etməliyik ki, "Heerenven"in də yaxşı imkanları var idi".

Qeyd edək ki, Ozan Can Kökçü bu ilin may ayında "Volendam"la 1+1 illik müqavilə imzalayıb.