"Bornmut"un və Ukrayna millisinin müdafiəçisi İlya Zabarnıy PSJ-yə keçir.
“İki sahil” "L’Equipe"ə istinadən xəbər verir ki, Paris klubu mərkəz müdafiəçisinin transferini avqustun 11-də açıqlayacaq.
Bu keçid üçün "Bornmut"a 63 milyon avro ödniləcəyi bildirilib.
Qeyd edək ki, İİlya Zabarnıy 2023-cü ilin yanvarında Kiyev "Dinamo"sundan 22,7 milyon avroya "Bornmut"a keçib. 2024/25 mövsümündə o, bütün turnirlərdə 39 oyun keçirib və bir məhsuldar ötürmə edib.