13 avqust 2025 10:04
163

UEFA Konfrans Liqası: Pley-offa yüksələn növbəti komanda bəlli olacaq

Bu gün UEFA Konfrans Liqasında yalnız bir görüş keçiriləcək.

“İki sahil” xəbər verir ki, UEFA Konfrans Liqasında mübarizə aparan "Başakşəhər" növbəti sınağına çıxacaq.

Türkiyə təmsilçisi Norveçin "Vikinq" klubu ilə üz-üzə gələcək.

Görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Norveçdə baş tutan ilk qarşılaşmada Türkiyə təmsilçisi 3:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, UEFA Konfrans Liqasının növbəti görüşləri avqust ayının 14-də keçiriləcək.

13 Avqust

UEFA Çempionlar Liqası

III təsnifat mərhələsi

Saat 20:00, "Başakşəhər" - "Vikinq".