Milli Hidrometeorologiya Xidmətinin avqustun 15-i saat 11:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində arabir yağış yağıb, şimşək çaxıb.
Xidmətdən "İki sahil"ə verilən məlumata görə, düşən yağıntının miqdarı Astarada 7, Zaqatalada 6, Qaxda 5, Balakəndə 3, Şəkidə (Kişçay) 2, Mingəçevir, Kəlbəcər, Xankəndi, Xocalıda 1 millimetrədək qeydə alınıb. Lerik, Daşkəsən, Qrızda duman müşahidə olunub. Dumanda görünüş 500 metrədək məhdudlaşıb.
Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin bu həftənin sonunadək davam edəcəyi gözlənilir.
SOCAR-ın təşkilatçılığı və “Microsoft” şirkətinin rəsmi tərəfdaşlığı ilə “SOCAR Hackathon 2025” tədbiri keçirilib
SOCAR və "MOL Group" Şamaxı-Qobustan sahəsində kəşfiyyat və hasilat üzrə pay bölgüsü sazişi imzalayıb