20 avqust 2025 09:45
128

Qazaxıstanda dəmir yolu daşımaları avtomatlaşdıracaq

“Astana Hub”da daşınma və infrastruktur sahəsində startaplar inkişaf edir.

“İki sahil” xəbər verir ki, bu barədə rəqəmsal inkişaf, innovasiyalar və aerokosmik sənaye naziri Jaslan Madiyev hökumətin iclasında bildirib.

Nazirin sözlərinə görə, bu startaplar yüklərin izlənilməsi, müqaviləli işin idarə edilməsi sistemləri, habelə daşımaların avtomatlaşdırılması və vaqon parkının idarə edilməsi üzrə platformalar yaradır.

“Əsas həll yollarından biri daşımaların avtomatlaşdırılması platformasıdır”, - deyə o bildirib.

Jaslan Madiyev qeyd edib ki, platforma vaqonları idarə etməyə, planlaşdırmanı avtomatlaşdırmağa və yükü proqnozlaşdırmağa imkan verir. O, vaqon dövriyyəsini 15 faiz artırır. Sistem iri nəqliyyat şirkətlərində tətbiq edilib.