Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun bildirib ki, Çin, İkinci Dünya Müharibəsində qələbənin 80-ci ildönümü və Çin Xalqının Yaponiya təcavüzünə qarşı Müqavimət Müharibəsi ilə bağlı keçiriləcək hərbi parada məhəl qoymamaq çağırışlarına görə Tokioya etiraz edib.
“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Çin alınan məlumatı nəzərə alıb və Yaponiyaya ciddi etirazını bildirib, aydınlıq gətirilməsini tələb edib"- deyə, o, qeyd edib.
O, vurğulayıb ki, bu genişmiqyaslı tədbir tarixi yaddaşın qorunub saxlanılması və həlak olanların xatirəsinin ehtiramını bildirmək məqsədi daşıyır.
"Tarixi vicdanla dərk edən, keçmişdən səmimi ibrət götürən hər bir ölkənin... buna heç bir şübhəsi olmayacaq..." - deyə Çin Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib.
O, Yaponiyanı "dürüst mövqe" tutmağa, "militarizmdən tamamilə çıxmağa" və Yaponiya təcavüzündən əziyyət çəkən ölkələrə hörmət etməyə çağırıb.