ABŞ Rusiya-Serbiya neft şirkəti “Naftna Industrija Srbije”yə (NIS) qarşı sanksiyaların tətbiqini altıncı dəfə təxirə salıb.
“İki sahil” xəbər verir ki, Bu barədə Serbiyanın energetika naziri Dubravka Cedoviç-Handanoviç məlumat verib.
"Son məqsəd ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) NIS-ni sanksiya siyahısından çıxarmaqdır və bu proses Serbiyadan asılı deyil", - o deyib.
Djedovic-Handanovicin sözlərinə görə, yeni təxirə salınma sentyabrın 26-dək qüvvədə olacaq. Nazir qeyd edib ki, təxirə salınma Serbiyaya enerji təhlükəsizliyini qoruyub saxlamağa imkan verib. Əvvəlki müddət başa çatıb və avqustun 21-də şirkət rəsmi olaraq müddətin uzadılmasını tələb edib.