27 avqust 2025 12:28
126

Çin prosesə qoşulacaqmı?

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakunun sözlərinə görə, Çinin nüvə tərksilahının müzakirəsində Rusiya və ABŞ-a qoşulmasını tələb etmək ağlabatan deyil.

“İki sahil” TASS-a istinadla xəbər veriri ki, bu, onun ABŞ prezidenti Donald Trampın Vaşinqtonun Moskva ilə birlikdə nüvə silahlarını azaltmaq istəyi və Pekini bu prosesə cəlb etmək istəyi ilə bağlı sözlərinə cavabdır.

Çin Xarici İşlər Nazirliyi bəyan edib ki, ABŞ və Çinin nüvə potensialı “tamamilə fərqli səviyyələrdədir”. İki ölkənin strateji təhlükəsizliyin təmin edilməsinə də yanaşması fərqlidir. "Çindən Rusiya və ABŞ ilə üçtərəfli nüvə tərksilahı danışıqlarına girməsini tələb etmək ağlabatan deyil və qeyri-realdır", - Çin nazirliyinin rəsmi nümayəndəsi bildirib.

Mart ayında Donald Tramp Rusiya və Çinlə nüvə silahından imtina məsələsini müzakirə etmək istədiyini bildirmişdi. O, avqustun 15-də Alyaskada Vladimir Putinlə görüşdə nüvə silahlarının məhdudlaşdırılması məsələsini qaldırdığını bildirib.