27 avqust 2025 12:50
113

Lavrov Türkmənistanın XİN rəhbəri ilə danışıqlar aparacaq

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Türkmənistandan olan həmkarı Rəşid Meredov arasında Moskvada danışıqlar aparılacağını açıqlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Lavrov avqustun 28-də Türkmənistanın xarici işlər naziri Meredov ilə danışıqlar aparacaq", - o, bildirib.

Xatırladaq ki, bu ilin iyun ayında Lavrov Türkmənistanda rəsmi səfərdə olub.