SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktorunun birinci müavini (Əməliyyat üzrə) Nail Abdullayevin, baş direktorun müşaviri Cahid Hüseynovun, Birliyin digər struktur bölmələrinin rəhbər heyətinin və bir qrup əməkdaşın Naxçıvan Muxtar Respublikasına səfəri baş tutub.
İlk olaraq Birlik rəhbərliyi tərəfindən Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət olunub. Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad edilib.
Daha sonra Birliyin məsul şəxsləri Naxçıvan Regional Qaz İstismarı İdarəsində olublar. Regional İdarədə əməkdaşlara yaradılan şəraitə baxış keçirilib, onların qayğıları ilə maraqlanılıb. Əməkdaşlarla görüşdən sonra Naxçıvan şəhəri üzrə xidmət sahəsinə də baş çəkilib. Xidmət sahəsində mövcud infrastrukturun vəziyyəti ilə tanışlıq olub, qarşıya qoyulan hədəflərdən söz açılıb və müvafiq tapşırıqlar verilib.
Elçin Zaman, "İki sahil"
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                                
                                    
                                    
                                
                                
                                
                                    Bakı metrosunda NFC-ni dəstəkləyən bank kartları ilə ödənişin tətbiqinə başlanılıb 
                                
                                
                                    
                                    
                                
                                
                                
                                    Zəfər Paradı ilə əlaqədar müntəzəm marşrutların hərəkət sxemində dəyişiklik edilir