27 avqust 2025 16:33
144

Avropanın ən böyük sursat zavodu bu ölkədə istifadəyə verilir

Almaniyanın Rheinmetall konserni bu gün Avropanın ən böyük sursat zavodunu istifadəyə verir. 

“İki sahil” xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. 

Müəssisə ildə 350 000 ədədə qədər döyüş sursatı istehsal edə biləcək, maksimum məhsuldarlıq 2027-ci ilə planlaşdırılır. 2026-cı ildən başlayaraq orada raket artilleriyasının istehsalına başlanılması planlaşdırılır.

Zavod iki korpusdan ibarətdir: biri 155 mm-lik artilleriya mərmilərinin istehsalı, digəri isə yükləmə, yığılma və göndərilməyə hazırlıq üçün nəzərdə tutulub. Bu laayihəya yatırılan investisiya 500 milyon avro təşkil edib. Açılış mərasimində Almaniya hökumətinin üzvləri, konsernin rəhbərliyi, həmçinin NATO baş katibinin iştirakı nəzərdə tutulub.

Bloomberg qeyd edir ki, konserni bu yaxınlarda Hollandiya ilə sərhəddə daha bir zavodun tikintisini başa çatdırıb. Orada müdafiə podratçısı F-35 qırıcısı üçün mərkəzi gövdə hissələrini istehsal edir. Agentlik hərbi şirkətin son üç ildə görünməmiş artımını qeyd edir: 2025-ci ilin birinci yarısında konsernin satışları 724 milyon avro təşkil edib.

Bundan əvvəl Bloomberg, Aİ ölkələrinin hərbi xərclərini rekord həddə çatdırdığını bildirmişdi.