28 avqust 2025 18:28
118

2025-2026-cı tədris ilində məktəblərdə yeni dərsliklər tədris olunacaq

2025-2026-cı tədris ilində ümumtəhsil müəssisələrində Təhsil İnstitutunun təşkilatçılığı ilə hazırlanan yeni dərsliklər tədris olunacaq

“İki sahil” xəbər verir ki,  Təhsil İnstitutundan bildirilib ki, bu dərsliklər ümumtəhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, müasir təlim yanaşmalarının tətbiqi və şagirdlərin biliklərinin daha sistemli formalaşdırılması məqsədini daşıyır.

2025-2026 -cı tədris ilində istifadəyə veriləcək yeni dərsliklər:

8-ci sinif – “Kimya”, “Fizika”, “Biologiya” (Azərbaycan və rus bölməsi üçün)

7-ci sinif – “Coğrafiya” (Azərbaycan və rus bölməsi üçün)

6-cı sinif – “Riyaziyyat”, “Azərbaycan dili” (tədris dili), “Математика”, Azərbaycan dili (dövlət dili), “Game changer” (ingilis dili)

3-cü sinif – “Həyat bilgisi” (azərbaycan və rus bölməsi üçün)

Yeni kurikulumlar əsasında yeni dərsliklərin hazırlanması prosesi bu il də davam edir.

Yeni kurikulumlar əsasında hazırlanan aşağıdakı dərsliklər ilkin sınaq məqsədilə pilot siniflərdə istifadəyə veriləcək:

9-cu sinif – “Kimya”, “Fizika”, “Biologiya”, “Coğrafiya”

8-ci sinif – “Coğrafiya”, “Riyaziyyat”, “Azərbaycan dili” (tədris dili)

7-ci sinif – “Riyaziyyat”, “Azərbaycan dili” (tədris dili), “Математика”, “Azərbaycan dili” (dövlət dili), “Game changer” (ingilis dili),

4-cü sinif – “Həyat bilgisi”

Qeyd edək ki, bu ildən etibarən tədrisi digər dillərdə aparılan 5-ci və 6-cı siniflərdə “Azərbaycan tarixi” fənni Azərbaycan dilində tədris ediləcək.