29 avqust 2025 09:42
414

Bərdədə avtomobil vuran şəxs vəfat edib

Bir neçə gün əvvəl Bərdədə avtomobil vuran şəxs vəfat edib.

“İki sahil” xəbər verir ki, hadisə dünən baş verib.

Belə ki, avqustun 24-də Bərdə şəhərində 1997-ci il təvəllüdlü M.Nəbiyev idarə etdiyi avtomobillə 1951-ci il təvəllüdlü S.Fətullayevi vurub. Sonuncu almış olduğu bədən xəsarətlərindən 28.08.2025-ci il tarixdə ölüb.

Faktla bağlı Bərdə RPŞ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.