Azərbaycanda saxlanılan Özbəkistan vətəndaşı ölkəsinə təhvil verilib.
“İki sahil” xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Özbəkistan vətəndaşı 1987-ci il təvəllüdlü Burxonova Gulnoza Raxmatullaevnanın cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Baş Prokurorluğu tərəfindən təmin edilib.
Özbəkistanda dələduzluq və rəsmi sənədləri saxtalaşdırma cinayətlərinin törədilməsində təqsirləndirilərək, dövlətlərarası axtarışa verilmiş G.R.Burxonova Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.
Penitensiar müəssisəyə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb
Milli Məclis QHT-lər və fondların yaradılması ilə bağlı qanuna dəyişiklikləri qəbul edib
Mətbuat Şurasının bəyanatı - media üçün ictimai məsuliyyət və həssaslıq çağırışı