Lerikdə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən 43 yaşlı Sərdar Baxşıyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “İki sahil”ə verilən məlumata görə, S.Baxşıyev yaşadığı Lərmərud kəndindəki meşə massivində xüsusi qulluq göstərərək yetişdirdiyi 33 ədəd çətənə bitkisi və həyətindəki yarımtikilidən marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.
Penitensiar müəssisəyə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb
Milli Məclis QHT-lər və fondların yaradılması ilə bağlı qanuna dəyişiklikləri qəbul edib
Mətbuat Şurasının bəyanatı - media üçün ictimai məsuliyyət və həssaslıq çağırışı