Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən ali təhsil müəssisələrinə qəbul imtahanlarında 19 xaçmazlı məzun 600-dən yüksək bal toplayıb.
“İki sahil” xəbər verir ki, bu barədə Xaçmaz Rayon İcra Hakimiyyətində tələbə adını qazanan şəhid övladları və 600-dən yüksək bal toplayan məzunlarla görüş zamanı məlumat verilib.
Bildirilib ki, bu il Xaçmaz rayonu üzrə 33 məzun tam orta məktəbi fərqlənmə attestatı ilə bitirib.
Tələbə adını qazanan məzunlar, onların valideynləri və müəllimləri təbrik edilib, gənclərə biliklərə dərindən yiyələnmək, Vətənə sadiq vətəndaş olmaq tövsiyə olunub.
Müəllimlər və məzunlar təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Tələbə adını qazanan şəhid övladları və 600 baldan yuxarı nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olan məzunlara fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.
Penitensiar müəssisəyə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb
Milli Məclis QHT-lər və fondların yaradılması ilə bağlı qanuna dəyişiklikləri qəbul edib
Mətbuat Şurasının bəyanatı - media üçün ictimai məsuliyyət və həssaslıq çağırışı