Nəsimi rayonunda ayrı-ayrı vətəndaşlara məxsus iki ədəd velosiped oğurlanıb. Bu barədə zərərçəkən şəxslər polisə məlumat veriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “İki sahil”ə verilən məlumata əsasən, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar – 27 yaşlı A.Abdullayev və 37 yaşlı R.Şirinov saxlanılıblar.
İdarənin 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı isə paytaxt sakininin 2350 manat pulunu oğurlamaqda şübhəli bilinən 38 yaşlı S.Hüseynov da tutulub.
Faktlarla bağlı araşdırmalar aparılır.
Penitensiar müəssisəyə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb
Milli Məclis QHT-lər və fondların yaradılması ilə bağlı qanuna dəyişiklikləri qəbul edib
Mətbuat Şurasının bəyanatı - media üçün ictimai məsuliyyət və həssaslıq çağırışı