Qəbələdə ağır yol qəzası olub.
Hadisə axşam saatlarında Ağdaş-Zarağan avtomobil yolunun Qəbələ rayonunun Soltannuxa kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Opel" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsinin sürücüsü, 34 yaşlı Polad Ağababayev xəsarət alıb, onun oğlu, 11 yaşlı Z.Ağababayev isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, araşdırmalar aparılır.
"Report"
Penitensiar müəssisəyə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb
Milli Məclis QHT-lər və fondların yaradılması ilə bağlı qanuna dəyişiklikləri qəbul edib
Mətbuat Şurasının bəyanatı - media üçün ictimai məsuliyyət və həssaslıq çağırışı