01 sentyabr 2025 23:05
121

Devid Lemmi Fələstini tanımaq planlarını təsdiqləyib

Böyük Britaniya Fələstin dövlətçiliyini tanımağı planlaşdırır və bu addımı radikal HƏMAS hərəkatının hərəkətlərinə təşviq hesab etmir.

“İki sahil” xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi Britaniya parlamentinin İcmalar Palatasında (aşağı palata) çıxışı zamanı deyib.

"Fələstinin tanınmasının HƏMAS üçün mükafat olduğunu və ya İsrailin təhlükəsizliyinə təhdid olduğunu söyləyənlərə bunu deyirəm: belə deyil. Tanınma, HƏMAS-ın rədd etdiyi iki dövlətli həll prinsipinə əsaslanır. Biz açıq şəkildə bildirmişik ki, hər hansı Fələstin dövləti hərbisizləşdirilmiş olmalıdır. Prezident Mahmud Abbası bunu təsdiqləyib.məlidir. Biz iki dövlət həlli ilə İsrailin təhlükəsizliyinə dərin öhdəliyimiz arasında heç bir ziddiyyət görmürük.  Çünki təhlükəsizlik qeyri-müəyyən işğalı deyil, sabit sərhədləri nəzərdə tutur", - o vurğulayıb.

Lemmi, həmçinin İsrailin Qəzza şəhərindəki hərbi əməliyyatını pisləyib. "Qəzza şəhərində hərbi əməliyyatın davam etdirilməsi bu böhranı yalnız uzadacaq və dərinləşdirəcək. Biz tərəfdaşlarımızla birlikdə bu əməliyyatın dərhal dayandırılmasını tələb edirik", - britaniyalı nazir bildirib.