Türkiyənin Xarici İşlər Nazirliyi Minsk Qrupu və onunla əlaqəli strukturların bağlanmasına dair qəbul olunan qərarı alqışlayıb.
“İki sahil” xəbər verir ki, Türkiyə XİN bu barədə bəyanat yayıb.
“Minsk Qrupunun bağlanmasına və onunla əlaqəli strukturların ləğv edilməsinə dair ATƏT Nazirlər Şurası tərəfindən 2025-ci il sentyabrın 1-də qəbul edilən qərarı məmnuniyyətlə qarşılayırıq.
İki ölkənin birgə səyləri ilə mümkün olan bu tarixi qərar Azərbaycan və Ermənistan arasındakı sülh prosesinin önəmli mərhələlərindən birini təşkil edir”, - məlumatda bildirilib.