Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi bildirib ki, yaxın vaxtlarda Rusiyaya qarşı əlavə sanksiyalar barədə bəyanat veriləcək.
“İki sahil” xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.
D.Lemminin sözlərinə görə, Böyük Britaniya hökuməti artıq çox iş görüb, o cümlədən neftin qiymətini aşağı salıb ki, bu da onun fikrincə, "son dərəcə vacib" olub.
O, həmçinin bildirib ki, Britaniya Rusiyaya qarşı "dünyanın ən geniş miqyaslı sanksiya paketini" tətbiq edib: "Mən əlavə sanksiyalar barədə şərh verə bilmərəm, lakin onlar çox tezliklə elan ediləcək".