02 sentyabr 2025 20:15
140

Düşənbə və Pekin "Mərkəzi Asiya-Çin" formatında əməkdaşlığı müzakirə edib

Tacikistan Prezidenti Emoməli Rəhmon və Çin Xalq Respublikasının Sədri Si Cinpin "Mərkəzi Asiya – Çin" formatında əməkdaşlığı müzakirə ediblər.

“İki sahil” xəbər verir ki, bu barədə Tacikistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər ikitərəfli və çoxtərəfli əməkdaşlığın bir sıra məsələlərini, o cümlədən beynəlxalq və regional təşkilatlarda iştirak, ticarətin inkişafı, rəqəmsallaşma, nəqliyyat infrastrukturu, Çin investisiya və texnologiyasının cəlb edilməsini müzakirə ediblər.

Hidroenergetika, logistika, məlumat mərkəzlərinin yaradılması, kibertəhlükəsizlik və süni intellektin tətbiqinə xüsusi diqqət yetirilib. Həmçinin regionlararası əməkdaşlığın genişləndirilməsi, mədəniyyət və təhsil mübadilələri, o cümlədən təhlükəsizliyin təmin edilməsi və müasir təhdidlərə qarşı birgə səylər müzakirə edilib.