02 sentyabr 2025 23:04
118

İsrail Qəzza zolağında quru əməliyyatına başlayıb

İsrail Qəzza zolağında quru əməliyyatına başlayıb.

“İki sahil”  "ABC News"a istinadla xəbər verir ki, məlumata görə, bu barədə İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi general-leytenant Eyal Zamir məlumat verib.

"Əməliyyat çərçivəsində zərbələri gücləndirməyə hazırlaşırıq və məhz bu səbəbdən sizi buraya çağırmışıq. Artıq Qəzzada quru əməliyyatına başlamışıq", – deyə Zamir son həftələrdə hərbi xidmətə çağırılmış ehtiyatda olan hərbçilərə müraciətində bildirib.

İsrailin Baş naziri Benyamin Netanyahu da çərşənbə axşamı ehtiyatda olan hərbçilərə müraciət ünvanlayıb.

"Mən sizə – İsrail Müdafiə Ordusunun əsgərlərinə, ehtiyatçılara və ailələrinizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Hazırda biz həlledici mərhələdəyik. Sizə inanıram, sizə güvənirəm və bütün xalq sizi dəstəkləyir", – deyə Netanyahu videomüraciətində qeyd edib.