Avropa İttifaqı (Aİ) ölkələrində müdafiə xərcləri 2025-ci ildə 381 milyard avroya çatacaq. Bu isə ümumi daxili məhsulun (ÜDM) 2,1 %-ni təşkil edəcək.
“İki sahil” xəbər verir ki, bu barədə Avropa Müdafiə Agentliyinin (EDA) hesabatında deyilir.
Qeyd olunub ki, 2024-2025-ci illərdə Aİ ölkələrinin müdafiə xərcləri əhəmiyyətli dərəcədə artıb və böyük ehtimalla ÜDM-in 2 %-ni keçəcək.
Hesabata görə, bu, Aİ-yə üzv dövlətlərin pisləşən strateji vəziyyətə operativ reaksiya vermək, silahlı qüvvələrinin hərbi potensialını gücləndirmək və kollektiv müdafiəyə sadiqliyini nümayiş etdirmək istəyindən xəbər verir.