02 sentyabr 2025 18:07
135

Lənkəranın Gərgiran kəndi ərazisində yanğın baş verib

Lənkəran rayonunun ucqar dağ kəndi olan Gərgiranda açıq sahədə başlayan yanğın Hirkan Milli Parkının ərazisinə keçib.

“İki sahil” xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin Lənkəran yanğından mühafizə hissəsinin 2 texnikası və 15 şəxsi heyəti cəlb olunub. Aidiyyəti qurumların nümayəndələri, eləcə də Hirkan Milli Parkının rəhbərliyi hadisə yerindədir.

Yanğın nəzarət altına alınıb.