03 sentyabr 2025 08:15
96

Çin öz nüvə triadasını ilk dəfə nümayiş etdirib

Pekində keçirilən rəsmi paradda ilk dəfə Çinin strateji nüvə triadasını təmsil edən raketlər nümayiş olunub.

“İki sahil” xəbər verir ki, parad zamanı uzunmənzilli aviasiya raketi "JL-1", sualtı bazalı qitələrarası raket "JL-3", eləcə də quru bazalı qitələrarası raketlər "DF-61" və "DF-31" təqdim olunub.

Bundan başqa, bütün planeti əhatə edən strateji nüvə qitələrarası raket DF-5C də nümayiş etdirilib.

Qeyd edək ki, Pekində yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış Qələbənin 80-ci ildönümünə həsr olunmuş parad keçirilib.