Suriyanın Daxili Təhlükəsizlik Komandanlığının Dəməşqin kənd ərazisində keçirdiyi uğurlu pusqu əməliyyatı nəticəsində SDQ-nin nəzarətində olan ərazilərə qaçaqmalçılıq yolu ilə daşınmaq üçün nəzərdə tutulmuş çoxlu sayda silah və sursat ələ keçirilib. Yükü daşıyan sürücü də saxlanılıb.
“İki sahil” xəbər verir ki, bu barədə SANA məlumat yayıb.
Qeyd edilib ki, müsadirə edilən əşyalar arasında RPQ reaktiv yaylım atəşi sistemləri, orta və kiçik silahlar, çoxlu miqdarda döyüş sursatı da olub. Silahların qaçaqmalçılıq üçün istifadə edilən avtomobilin içərisində peşəkarcasına gizlədildiyi müəyyən edilib.
Səlahiyyətlilər dərhal hadisədə iştirak edənlərin hamısının müəyyən edilməsi üçün araşdırmalara başlayıb. Məsul şəxslərin məhkəmələrə göndəriləcəyi və lazımi hüquqi tədbirlərin görüləcəyi açıqlanıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”