Ukraynada atəşkəs əldə olunmayana qədər qərb qoşunlarının oraya göndərilməsindən söhbət gedə bilməz.
“İki sahil” xəbər verir ki, bu barədə Almaniya Kansleri Fridrix Merts bildirib.
Kansler deyib ki, atəşkəs əldə olunsa belə, Ukraynaya qoşun göndərmək yalnız Berlin üçün ciddi qeyd-şərtlərlə mümkün olacaq, çünki buna gedən yolda “bir çox maneələr” var.
Merts qeyd edib ki, Almaniyanın heç bir halda Ukraynada hərbi missiya planı yoxdur. “Kiyevə hərbi yardımın göstərilməsi məsələləri Avropa Komissiyasının deyil, istəyənlərin koalisiyasının səlahiyyətindədir”, - deyə o əlavə edib.