Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin 49-cu Dünya Finalında radiasiya təhlükəsizliyinin təmin edilməsini Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi həyata keçirir.
“İki sahil” xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, 70 ölkənin 140 ali təhsil müəssisəsini təmsil edən komandaların iştirak etdiyi yarışdan əvvəl ərazidə radiasiya təhlükəsizliyi üzrə yoxlamalar aparılıb. Hazırda Agentliyin dozimetr və spektrometrlərlə təchiz edilmiş əməkdaşları tədbir müddətində fasiləsiz nəzarəti təmin edirlər.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Nüvə Təhlükəsizliyi və Mühafizəsi Departamentinin "Böyük ictimai tədbirlər üçün nüvə təhlükəsizliyi" Proqramı çərçivəsində ölkəyə müvəqqəti idxal etdiyi cihazlar da tədbirin radiasiya təhlükəsizliyi məqsədilə istifadə olunur.
Aparılan yoxlamalar zamanı heç bir radioaktiv material və çirklənmə aşkar edilməyib.