Artıq 3-cü ildir ki, Azərbaycan QHT-lərinin geniş müzakirə platforması olan illik toplantısı - Əməkdaşlıq forumları təşkil olunur. 2023-cü ilin noyabrında Bakıda Heydər Əliyev Mərkəzində, 2024-cü ilin iyununda Zəngilanda Konqres Mərkəzində analoji forumlar keçirilib. Şərqi Zəngəzurdan sonra növbəti forum bu dəfə Qarabağda olacaq.
“İki sahil” xəbər verir ki, bu barədə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva bildirib. O qeyd edib ki, forum “Konstitusiya və Suverenlik İli”nə həsr olunacaq.
Ü.Qarayeva QHT-lərin VI İnkişaf və Mübadilə Proqramına da ciddi hazırlıq görüldüyünü vurğulayaraq deyib: “Bundan əvvəlki proqramlar Mingəçevir, Naftalan, Bakı, Naxçıvan və Şamaxıda keçirilib. İlk dəfə bu proqramın azad edilmiş ərazilərdə təşkili nəzərdə tutulur”.
Penitensiar müəssisəyə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb
Milli Məclis QHT-lər və fondların yaradılması ilə bağlı qanuna dəyişiklikləri qəbul edib
Mətbuat Şurasının bəyanatı - media üçün ictimai məsuliyyət və həssaslıq çağırışı