Biləsuvar rayonunda ağır yol qəzası baş verib.
“İki sahil” xəbər verir ki, hadisə Bakı-Astara magistral yolunun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, iki minik və bir yük avtomobilinin toqquşması nəticəsində bir nəfər ölüb, daha üç nəfər xəsarət alıb.
Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Penitensiar müəssisəyə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb
Milli Məclis QHT-lər və fondların yaradılması ilə bağlı qanuna dəyişiklikləri qəbul edib
Mətbuat Şurasının bəyanatı - media üçün ictimai məsuliyyət və həssaslıq çağırışı