04 sentyabr 2025 10:55
655

Bəzi yerlərdə külək əsir -  FAKTİKİ HAVA

Sentyabrın 4-ü saat 10:00-a olan faktiki hava açıqlanıb.

Bu barədə "İki sahil"ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə olunur.

Hazırda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 20 m/s, Culfada 17 m/s-dək güclənir.