Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi avqust ayında ümumilikdə 23 aptekdə yoxlama keçirib.
“İki sahil” xəbər verir ki, Mərkəzdən verilən məlumata görə, bu yoxlamalardan 12-si Bakı şəhərində, 11-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb.
Yoxlamaların 10-u planlı, 37-si plandankənar, 1-i isə yoxlamadan kənar təftiş xarakteri daşıyıb.
Aparılan yoxlamalar nəticəsində 5 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb, bu hallarla bağlı İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3 maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilib.
Penitensiar müəssisəyə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb
Milli Məclis QHT-lər və fondların yaradılması ilə bağlı qanuna dəyişiklikləri qəbul edib
Mətbuat Şurasının bəyanatı - media üçün ictimai məsuliyyət və həssaslıq çağırışı