Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Şamaxı şosesində fəaliyyət göstərən, fiziki şəxs Seymur Türbət oğlu Məmmədova məxsus “Tur” marketdə yoxlama aparıblar.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən “İki sahil”ə verilən məlumata görə, yoxlama zamanı texniki normativ-hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.
Marketin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub, həmçinin məhsulların döşəmə və divardan ara məsafə gözlənilmədən saxlanıldığı, xammalın qəbulu və saxlanılması sahəsində sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, texnoloji ardıcıllıq prinsipinin pozulduğu, anbarda qida məhsulu saxlanan rəflərin asan təmizlənən və dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı nöqsanlar aradan qaldırılanadək marketin anbar sahəsinin fəaliyyəti məhdudlaşdırılıb, fiziki şəxs barəsində inzibati protokol tərtib olunub.
Nizami rayonunda Zəfər gününə həsr edilmiş hərbi-vətənpərvərlik oyunları keçirilib
Pasternak Yuliya Oleqovna “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparatının rəhbəri vəzifəsinə təyin edildi