"İçərişəhər" sakinlərinin rahatlığını təmin etmək məqsədilə Böyük Qala küçəsi 41 ünvanında yeni Xidmət Mərkəzi fəaliyyətə başlayıb.
Bu barədə "İki sahil"ə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.
Belə ki, bu mərkəz İçərişəhər sakinlərinə bir pəncərə prinsipi əsasında müxtəlif dövlət xidmətləri təqdim edir.
Sənəd qəbulu, müxtəlif sənədlərin rəsmiləşdirilməsi, sosial və hüquqi xidmətlərin verilməsində məqsəd sakinlərin zamanına qənaət edərək operativ və effektiv xidmətlərin göstərilməsini təmin etməkdir.
Xidmət Mərkəzi həftə içi hər gün, saat 09:00-dan 18:00-a qədər fəaliyyət göstərir.
Penitensiar müəssisəyə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb
Milli Məclis QHT-lər və fondların yaradılması ilə bağlı qanuna dəyişiklikləri qəbul edib
Mətbuat Şurasının bəyanatı - media üçün ictimai məsuliyyət və həssaslıq çağırışı