Bakı-Quba avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə bu gün səhər saat 07:30 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 2 şəxs (qadın və kişi) hospitalizasiya olunub.
“İki sahil”in məlumatına görə, TƏBİB-dən "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə Təcili tibbi yardım şöbəsində zəruri tibbi xidmətlər göstərilib
***
Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhərindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Sözügedən ərazidə sərnişin avtobusu ilə yük maşını toqquşub.
İlkin ehtimallara görə, hadisəyə səbəb yük maşınının təkərinin partlaması olub.
Hadisə nəticəsində yaralıların olduğu bildirilsə də, onların dəqiq sayı və vəziyyətləri barədə məlumat verilməyib.
"Report"
Penitensiar müəssisəyə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb
Milli Məclis QHT-lər və fondların yaradılması ilə bağlı qanuna dəyişiklikləri qəbul edib
Mətbuat Şurasının bəyanatı - media üçün ictimai məsuliyyət və həssaslıq çağırışı