Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Sabirabad şəhəri, İ.İsgəndərov küçəsi, ev 13 ünvanında fəaliyyət göstərən Elçin Ədalət oğlu Allahverdiyevə məxsus “Dəli Kür” kafesində yoxlama keçiriblər.
AQTA-dan "İki sahil"ə verilən məlumata görə, baxış zamanı kafedə temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, emal prosesində istifadə olunan suyun filtrasiyadan keçirilmədiyi, mətbəxdə divar səthlərinin təmirsiz olduğu və asan təmizlənən, dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, havalandırma sisteminin mövcud olmadığı, işçi heyətin xüsusi geyimlə təmin edilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.
Penitensiar müəssisəyə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb
Milli Məclis QHT-lər və fondların yaradılması ilə bağlı qanuna dəyişiklikləri qəbul edib
Mətbuat Şurasının bəyanatı - media üçün ictimai məsuliyyət və həssaslıq çağırışı