AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC Azərbaycan Milli Mətbuatının 150 illiyi münasibətilə media nümayəndələri üçün təlim təşkil edib.
“İki sahil” xəbər verir ki, təlimdə şirkətin fəaliyyət istiqamətləri, təqdim etdiyi elektron xidmətləri və rəqəmsal inkişaf sahəsində həyata keçirdiyi yeniliklər barədə təqdimatlar nümayiş olunub, jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Tədbirdə ümumilikdə 30-dan çox media nümayəndəsi iştirak edib.
Qeyd edək ki, “AzInTelecom”un bu təşəbbüsü media nümayəndələrinin informasiya-kommunikasiya texnologiyaları sahəsində məlumatlılığını artırmaq, həmçinin ölkəmizdə rəqəmsal xidmətlərə dair informasiyaların daha geniş işıqlandırılmasına dəstək olmaq məqsədi daşıyır.
BMT-nin Dövlət Xidmətləri Forumunda Azərbaycanda son illər aparılan sosial islahatların uğurları barədə məlumat verilib
Süni intellekt və rəqəmsal texnologiyalar gələcək əmək bazarını formalaşdıran əsas amillərdən biridir - MÜSAHİBƏ