10 sentyabr 2025 18:57
119

Naxçıvanda təhsil işçilərinin sentyabr konfransı keçirilib

Sentyabrın 10-da Naxçıvanda təhsil işçilərinin Sentyabr konfransı keçirilib. Konfransda Təhsil Nazirliyinin, rayon,  şəhər təhsil şöbələrinin, ümumtəhsil, məktəbəqədər, peşə, məktəbdənkənar müəssisələrinin əməkdaşları və qabaqcıl təhsil işçiləri   iştirak ediblər. Konfransda əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.

“İki sahil” xəbər verir ki,  Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov konfransda açılış nitqi ilə çıxış edərək yeni tədris ilinin başlanması münasibətilə təhsil işçilərini təbrik edib.Nazir 2024-2025-ci tədris ilində əldə olunan uğurlardan, aparılan islahatlardan bəhs edib. 

 Konfransda Təhsil Nazirliyi Aparatının Məktəbəqədər və ümumi təhsilin idarə edilməsi şöbəsinin, Analtik təhlil və statistika, Peşə təhsili, Uşaq və Gənclərin inkişafı sektorlarının müdirlərinin “2024-2025-ci tədris ilinin yekunları və qarşıda duran vəzifələrlə bağlı” çıxışları dinlənilib. Çıxışlarda  şagirdlərin bilik və bacarıqlarının artırılması, tədrisin keyfiyyətinin yüksəldilməsi,olimpiada və müsabiqələrdə buraxılış və qəbul imtahanlarında şagird nailiyyətlərinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumatlar verilib, ötən tədris ilinin nəticələri təhlil olunub. 

Konfransda müzakirələr  aparılıb, yeni tədris ilində  hədəflər müəyyənləşdirilib, təhsil işçilərini maraqlandıran suallar cavablandırılıb. 

Konfransda təhsil naziri mövcud problemlər  və onların həlli istiqamətində atılan addımlardan söz açıb, yeni tədris ilinin hədəflərini səsləndirib və  tədrisin səviyyəsinin yüksəldilməsi istiqamətində konkret tapşırıqlar verib. Elxan Nəcəfov təhsil işçilərinə qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində uğurlar arzulayıb. Konfransın qərar layihəsi iştirakçıların diqqətinə çatdırılıb. Rayon, şəhər Təhsil Şöbələrinin müdirlərinə yerlərdə bölmə iclaslarının keçirilməsi ilə bağlı tapşırıqlar verilib.