Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, 1985-ci il təvəllüdlü E.Kərimov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O, dərhal əməliyyat edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
İlkin məlumatlara görə, E.Kərimovu bıçaqlamaqda onun qardaşı şübhəli bilinir. Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Oxu.Az
AZAL: Bakı–Naxçıvan reysləri Naxçıvan aeroportunda müşahidə olunan ildırımlı hava şəraiti səbəbindən ləğv edilib
Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər