Naxçıvanda ağır yol qəzası baş verib.
Hadisə Naxçıvan-Ordubad magistralının Babək rayonu Nehrəm qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, 75-CB-211 dövlət nömrə nişanlı "KİA" markalı avtomobil yoldan çıxaraq aşıb.
Qəzada 1998-ci il təvəllüdlü Qələndərov Azər Asəf oğlu və onun sərnişini, 2003-cü il təvəllüdlü Əliyeva Sevinc Hüseyn qızı xəsarət alıblar.
Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriblər. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakt araşdırılır.
"Report"
Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər
Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər