"İllərlə o yerlərin həsrəti ilə yaşadım, bir gün yenidən qayıdacağımıza ümidimi itirmədim. Kəlbəcərdən ağlaya-ağlaya gəlmişdim, indi isə gülə-gülə qayıdıram".
“İki sahil” xəbər verir ki, bu sözləri "Report"a müsahibəsində Kəlbəcərdən olan keçmiş məcburi köçkün, 113 yaşlı Xeyrənisə Baxışəliyeva deyib.
Onun sözlərinə görə, 44 günlük zəfər, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi, güclü ordu və xalqın birliyi sayəsində əldə edilib
"Prezidentimiz və güclü ordumuz olmasaydı mən Kəlbəcərin həsrətində qalardım. İndi isə mən sevinə-sevinə uşaqlığımı, gəncliyimi və 80 yaşıma qədər yaşadığım doğma torpağıma qayıdıram. Biz orda çox xoşbəxt və mehriban yaşayırdıq, yaxşı qonşularımız var idi. Son bir arzum qalıb, cənab Prezident Kəlbəcərdə qonağım olsun, mən ona çay gətirim".
Qeyd edək ki, X. Baxışəliyevanın 3 oğlu, 10 nəvəsi, 18 nəticəsi və 3 kötücəsi var.
Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər
Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər