2025–2026-cı tədris ilində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 50 500 şagird təhsil alacaq. Onlardan 24 345-i qız, 26 155-i oğlandır.
“İki sahil” xəbər verir ki, yeni tədris ilində məktəbəhazırlıq qruplarında 3 007 uşaq iştirak edəcək.
Bu qruplarda 1 418 qız, 1 589 oğlan yer alıb. Eyni zamanda birinci sinfə 3 822 şagird qəbul olunub ki, onların 1 833-ü qız, 1 989-u oğlandır.
Qeyd edək ki, bu tədris ilinin ilk dərsi "Konstitusiya və Suverenlik İli" mövzusuna həsr olunacaq.
Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər
Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər