Allah qazilərimizə cansağlığı versin, şəhidlərimizə rəhmət eləsin. Şəhid analarının əllərindən öpürəm, haqlarını halal etsinlər. Biz də sevə-sevə gedək, doğma torpağımızda yaşayaq. Kəlbəcərimizi gözəl şəkildə abadlaşdıraq. İnanıram ki, Kəlbəcərimiz bundan sonra daha da gözəl, daha da işıqlı olacaq.
“İki sahil” xəbər verir ki, bu fikirləri bu gün Kəlbəcər şəhərinə köç edən keçmiş məcburi köçkün Nərgiz Rzayeva deyib.
"Mən Kəlbəcərdən çıxanda cəmi 22 yaşım vardı, indi isə 55 yaşım var. Bu illər ərzində çox darıxmışıq, çox həsrət çəkmişik. Amma şükürlər olsun ki, bu həsrət sona çatır, biz yenidən doğma yurdumuza qovuşuruq", - deyə o əlavə edib.
Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər
Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər