Fransada yaşayan bloqer Məhəmməd Mirzəlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
“İki sahil” xəbər verir ki, Binəqədi rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsaəsən, Məhəmməd Mirzəli qiyabi olaraq kütləvi ixtişaşa çağırış)və dövlət əleyhinə açıq çağırışlar ittihamı təqsirli bilinib Cinayət Məcəlləsinin 220.2-ci maddəsi ilə 2 il 6 ay, Cinayət Məcəlləsinin 281.1-ci maddəsi ilə 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasını məhkum edilib. Onun cəzaları qismən toplamaq yolu Məhəmməd Mirzəli qəti olaraq 6 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib
Qeyd edək ki, M.Mirzəli barəsində qiyabi icraat aparılıb. O, istintaqa dəvət olunmasına baxmayaraq gəlməyib və onun barəsində cinayət işi qiyabi icraatda baxılıb.
Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər
Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər