Vəkillər Kollegiyası dövlət hesabına göstərilən hüquqi yardımın haqqını vəkilin və ya vəkil qurumunun bank hesabına köçürəcək.
“İki sahil” xəbər verir ki, bununla bağlı "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişiklik təklif edilir.
Qanun layihəsi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə edilib.
Sənədə əsasən, kollegiya həmin vəsaitin vəkil qurumlarına və fərdi qaydada fəaliyyət göstərən vəkillərin bank hesablarına köçürülməsini təmin edəcək.
Vitse-qubernator: Qarabağda uşaq bağçasının tikintisi Azərbaycanla dostluğun rəmzidir
Vəkillər Silahlı Qüvvələr Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstəriblər