Milli Məclisdə işğaldan azad edilmiş ərazilərlə bağlı müzakirələr keçiriləcək.
“İki sahil” xəbər verir ki, bununla bağlı parlamentin İnsan hüquqları komitəsinin payız sessiyası üzrə iş planına müvafiq məsələlər daxil edilib.
Bildirilib ki, sessiya müddətində "Böyük Qayıdış"la bağlı Azərbaycanın yeganə təcrübəsi" mövzusunda beynəlxalq İnsan hüquqları və hüquq-müdafiə təşkilatların iştirakı ilə müzakirənin təşkili və işğaldan azad edilmiş ərazilərlə bağlı "Böyük Qayıdış və reinteqrasiya" ilə bağlı qanun layihəsi ətrafında dinləmələrin keçirilməsi nəzərdə tutulur.
Vitse-qubernator: Qarabağda uşaq bağçasının tikintisi Azərbaycanla dostluğun rəmzidir
Vəkillər Silahlı Qüvvələr Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstəriblər