Dövlətin məcburi köçkün, qaçqınlara münasibətini əsas götürməliyik, onun üzərindən təşviqat aparmalıyıq, ictimai məlumatlandırma etməliyik.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc komitənin bugünkü iclasında çıxışı zamanı deyib.
Komitə sədri vurğulayıb ki, Böyük Qayıdışla bağlı qanunvericilik sistemi formalaşmalıdır: “Dövlət başçısı deyib ki, onlar çox ağır və məhrumiyyətli şəraitdə yaşayıblar. On illər ərzində yerli insanlarımız ilə hər şeylərini itirmiş məcburi köçkünlər ətlə dırnaq kimi bir-birinə bağlı yaşayıblar. On illər ərzində bu dövlət “torpaqları azad etməyəcək” deyənlər, indi də “o torpağı köçkünlərə verməyəcək” sözü ilə son dərəcə təhlükəli və qeyri-milli təbliğatın üzərindədirlər”.
Vitse-qubernator: Qarabağda uşaq bağçasının tikintisi Azərbaycanla dostluğun rəmzidir
Vəkillər Silahlı Qüvvələr Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstəriblər