Bakıdakı 265 nömrəli körpələr evi-uşaq bağçasının dəhlizində tavandan bərk cisim parçasının düşməsi nəticəsində bir uşaq xəsarət alıb.
“İki sahil” xəbər verir ki, müəssisədən “Azərbaycan müəllimi”nə bildirilib ki, tibb bacısı tərəfindən uşağa ilkin tibbi yardım göstərilib.
Bağça rəhbərliyi tərəfindən uşağın valideyninə dərhal məlumat verilib.
Uşaq səhiyyə müəssisəsində müayinə olunub, uyğun tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxş olduğu üçün evə buraxılıb.
Vitse-qubernator: Qarabağda uşaq bağçasının tikintisi Azərbaycanla dostluğun rəmzidir
Vəkillər Silahlı Qüvvələr Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstəriblər