Türkiyədə 19 Sentyabr Qazilər Günü münasibətilə keçirilən tədbirdə azərbaycanlı qazilər və onların ailələri də iştirak ediblər.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "X" sosial media hesabında məlumat yayılıb.
Bildirilib ki, tədbirdə milli müdafiə naziri Yaşar Gülərlə yanaşı, qərargah rəisi general Selçuk Bayraktaroğlu, qoşun komandanları və nazir müavinləri də iştirak ediblər.
Tədbir çərçivəsində Yaşar Gülər azərbaycanlı qazilər və onların ailələri ilə ayaqüstü görüşüb.
Ziyafət Əsgərov: Azərbaycan və Əlcəzair beynəlxalq arenada uğurla əməkdaşlıq edir
Prezident İlham Əliyevin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb